Bağdadda baş vermiş iki partlayış nəticəsində 15 nəfər ölüb

Bağdadda baş vermiş iki partlayış nəticəsində 15 nəfər ölüb
# 14 noyabr 2014 21:47 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda baş vermiş iki partlayış nəticəsində 15 nəfər ölüb, 47 nəfər xəsarət alıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Dəclə çayının yaxınlığında törədilən partlayışda 5 nəfər ölüb.

Digər terror aktı Bağdad şəhərinin şimalında yerləşən Əl-Əhmədiyyə qəsəbəsində qeydə alınıb. Burada restoranın yaxınlığında baş verən partlayış 10 nəfərin həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR