Azərbaycanda “Türkiyədə caz” filminin təqdimatı olacaq

Azərbaycanda “Türkiyədə caz” filminin təqdimatı olacaq
# 08 oktyabr 2014 11:17 (UTC +04:00)

Bakı - APA. Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə oktyabrın 10-16-da Bakıda keçiriləcək “Türkiyə Caz Festivalı” çərçivəsində “Türkiyədə Caz” adlı filmin təqdimatı olacaq.

APA-nın məlumatına görə, Batu Akyolun rejissoru olduğu filmin çəkilişinə 2011-ci ildə başlanıb.

Bu, şifahi tarixə söykənən, Türkiyə cazının inkişaf yolundan bəhs edən ilk sənədli filmdir. Təxminən 50 adamla reallaşan reportajdan yığılan “Türkiyədə caz” hekayəsi xronoloji sənədli kino kimi qiymətləndirilir.

Qeyd edək ki, “Türkiyədə Caz ” filminin təqdimatı oktyabrın 13-də saat 20:00-da “28 Mall”da olacaq. Filmi izləmək istəyənlər üçün giriş sərbəstdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR