“Nar Mobile” fotomüsabiqənin qaliblərini mükafatlandırıb

“Nar Mobile” fotomüsabiqənin qaliblərini mükafatlandırıb
# 09 sentyabr 2014 14:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərfon” şirkəti (“Nar Mobile” ticarət nişanı) mobil operatoru bu il Ramazan bayramı ərəfəsində maraqlı bir müsabiqə keçirmək qərarına gəlib. Gənclərin diqqətini Azərbaycanın zəngin tarix və mədəniyyətinə, xalqımızın milli irsi və adət-ənənələrinə cəlb etmək məqsədi daşıyan fotomüsabiqənin əsas ideyası çağdaş dünyada ailə dəyərlərinin əhəmiyyətini vurğulamaq, ahıl yaşlarının gözəlliyini qabartmaq və nəsillərarası əlaqəni xatırlatmaqdan ibarət olub. Belə ki, müsabiqəyə valideynlərin, baba və nənələrin gündəlik həyatını əks etdirən müəllif fotoşəkilləri təqdim edilib.

2014-cü ilin iyul ayı ərzində “Nar Mobile” mobil operatorunun “Facebook”, “Twitter”, və “İnstagram” sosial şəbəkələrindəki rəsmi səhifələrinə göndərilən fotoşəkillər avqust ayında tanınmış simalardan ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib. Münsiflər heyəti Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, teleaparıcı Nərgiz Cəlilova, fotoqraf Sitarə İbrahimova, rəssam İrina Eldarova və “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Nigar Arpadaraidən ibarət olub. Sentyabr ayının 9-da keçirilən mükafatlandırma mərasimində 1-ci yerin qalibi olan Ruslan Məmmədov “iPhone 5S”, 2-ci və 3-cü yerə layiq görülən iştirakçılar “Samsung” mini-tablet, Nar-modem və 12 aylıq pulsuz internetlə mükafatlandırılıblar.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və onların rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri, eləcə də abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR