Azərbaycan prezidenti Gədəbəydə yol tikintisinə 5,9 milyon manat ayırıb

Azərbaycan prezidenti Gədəbəydə yol tikintisinə 5,9 milyon manat ayırıb
# 07 noyabr 2014 15:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, 59 min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə 5,9 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR