Venesuela prezidenti: “Neft ədalətli qiyməti 100 dollardır”

Venesuela prezidenti: “Neft ədalətli qiyməti 100 dollardır”
# 20 noyabr 2014 09:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Neftin bir barelinin ədalətli qiyməti 100 dollar olmalıdır.

APA-Economics” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.

Onun sözlərinə görə, neftin qiymətinin 100 dollar və ya bu qiymətə yaxın olması ədalətlidir və dünya iqtisadiyyatı bunu qəbul edib. N. Maduro bildirib ki, neft üçün bu qiymət dünya səviyyəsində neft sahəsində investisiyaların diversifikasiyasının sabit olmasına zəmanət verir.

Venesuela prezidenti ABŞ-ı Rusiyanın mənafeyinə zərbə vurmaq və neftin qiymətinin gələcəkdə də ucuzlaşması üçün neft hasilatında frekinq metodundan istifadə etməkdə ittiham edib. “Onlar (ABŞ) var gücü ilə Rusiyanı üstələmək istəyir. Var gücü ilə ona görə ki, artıq Çin hasilatı artırıb, Rusiya da bu yolla gedir”, - deyə vurğulayıb.

Qeyd edək ki, son dövrlərdə şist kömürünün çıxarılmasında frekinq metodunun adı tez-tez çəkilir. Bəzi ölkələrdə bu texnologiya mübahisəli olduğuna və faydalı qazıntıların əldə edilməsində ekoloji sayılmadığından qadağan edilib. Şist yataqlarında bu yolla istehsalın əsas xüsusiyyəti hidropartlayıcının köməyi ilə daha çox quyunun qazılmasına imkan yaratmasıdır. Bununla yanaşı, təbii qazın olduğu laylarının işlənməsində su, qum və yüksək zəhərli kimyəvi preparatlardan istifadə olunur. Nəticədə zərərli qrunt suları onlarla kilometr radiusunda yayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR