Bakıda doğum evindən oğurluq edən qadın tutulub

Bakıda doğum evindən oğurluq edən qadın tutulub
# 07 noyabr 2014 12:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda doğum evində oğurluq hadisəsi baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 6-da Lökbatan qəsəbəsində yerləşən 4 saylı Doğum Evində oturacağın üzərindən Qazax rayon sakini Sevil Mansurovaya məxsus içərisində mobil telefon və 2400 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Şahnaz Mövsümova tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR