Latviyalı nazir: "Avropa İttifaqı Azərbaycan, Ermənistan və Belarusla çox çevik münasibətlər qurmalıdır"

Latviyalı nazir: "Avropa İttifaqı Azərbaycan, Ermənistan və Belarusla çox çevik münasibətlər qurmalıdır"
# 27 noyabr 2014 11:20 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Latviya Avropa İttifaqının Azərbaycan, Ermənistan və Belarusla çox çevik münasibətlər qurmasının tərəfdarıdır. APA-nın “Qruziya Online” portalına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanda səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib. O bildirib ki, Latviya "Şərq Tərəfdaşlığı"nın gələn ilin mayında keçiriləcək Riqa sammitinin Aİ meyarlarını yerinə yetirən iştirakçılar üçün "liberallaşma sammiti" olmasını arzulayır.

Latviya prezidenti Andris Berjins isə Tiflisdə həmkarı Georqi Marqvelaşvilli ilə görüşündə bəyan edib ki, Latviyanın Aİ-də sədrliyi zamanı "Şərq Tərəfdaşlığı" proqramı əsas prioritetlər sırasında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR