Balakəndə baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Balakəndə baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
# 05 avqust 2014 08:56 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən şəhərində baş verən yol qəzasında üç nəfər xəsarət alıb. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 1982-ci il təvəllüdlü Balakən şəhər sakini Seymur İzəddin oğlu Quliyev idarə etdiyi “Ducati 848 Evo” markalı, 10 B 572 dövlət nömrə nişanlı motosikletlə şəhər ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1953-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Rasim Ağabala oğlu Qəmbərovu vurub. Daha sonra Seymur Quliyev idarəetməni itirərək motosikleti aşırıb.

Qəza nəticəsində piyada Rasim Qəmbərov, sürücü Seymur Quliyev və motosikletdə olan sərnişin, rayonun Mahmalar kənd sakini, 1978-ci il təvəllüdlü Elnar Ömər oğlu Kaslayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi (RMX) xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyəti orta-ağır hesab olunur. Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR