Azərbaycanlı sahibkarlar Rusiyada keçiriləcək aqrosənaye sərgisinə dəvət olunur

Azərbaycanlı sahibkarlar Rusiyada keçiriləcək aqrosənaye sərgisinə dəvət olunur
# 02 sentyabr 2014 09:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rusiyada V Regionlararası aqrosənaye sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sərgi sentyabrın 3-5-də Yekaterinburq şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar. Sərgidə iştirak etmək istəyən iş adamları Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR