Misirdə 78 uşaq həbs edilib

 Misirdə 78 uşaq həbs edilib
# 27 noyabr 2014 09:58 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Misirin İsgəndəriyyə şəhərinin məhkəməsi 16 yaşından aşağı 78 uşağı 2 ildən 5 ilədək həbs cəzasına məhkum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə uşaqların vəkili Əhməd əl-Gamri bildirib.

Uşaqlar ''Müsəlman Qardaşları" (İhvan) Təşkilatına üzv olmaq, nümayiş təşkil etmək və silah saxlamaqda günahlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR