Varşavada Azərbaycan haqqında polyak dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib

Varşavada Azərbaycan haqqında polyak dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib
# 26 sentyabr 2014 16:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Polşadakı səfirliyində polyak dilində nəşr olunmuş kitabların təqdimatı keçirilib.

Səfirliyin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, təqdimatda Varşava Universiteti, Polşa Elmlər Akademiyasının ədəbi-tədqiqat və incəsənət institutları, habelə Varşavadakı ali məktəblərin kitabxana bölmələrinin nümayəndələri iştirak ediblər.

Ölkəmizin Polşadakı səfiri Həsən Həsənov səfirlik tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu, Azərbaycan Eposları, Azərbaycan-Polşa əlaqələri, Azərbaycan mədəniyyəti və incəsənəti, Azərbaycan mətbəxi, Azərbaycan memarlığı və Azərbaycan folkloru başlıqlı seriyalarda polyak dilində nəşr etdirilən 27 adda kitab və 8 açıqca haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini polyaklara çatdırılması məqsədilə qeyd olunan layihə uğurla həyata keçirilir.

Tədbirin sonunda Varşavada yerləşən ali məktəblərin kitabxanalarında Azərbaycan guşələrinin yaradılması məqsədilə hər bir nümayəndəyə kitablar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR