Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbuluna başlanır

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbuluna başlanır
# 18 iyul 2014 14:59 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, elektron ərizələrin qəbulu avqust ayının 20-dək davam edəcək.

Qeydiyyat zamanı vətəndaşlar elektron ərizə ilə yanaşı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və 3x4 sm ölçüdə 1 ədəd fotoşəklini də əlavə etməlidirlər.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinifə qəbulu Qaydaları”na əsasən I sinfə qəbul həmin il sentyabrın 16 - dan dekabrın 31 - dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR