Azərbaycanın səkkiz rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın səkkiz rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 09 oktyabr 2014 07:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Kürdəmir, saat 12:00-dan 14:00-dək Abşeron və Samux, saat 14:00-dan 16:00-dək Şəmkir, Sabunçu və İsmayıllı, saat 16:00-dan 18:00-dək Quba, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR