Deputat Novruz Aslanov dağlıq kəndlərin sakinlərini qəbul edib - FOTO

Deputat Novruz Aslanov dağlıq kəndlərin sakinlərini qəbul edib - <span style="color: red;">FOTO
# 22 avqust 2014 07:56 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna seçiciləri qəbul etmək üçün səfər edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, qəbul dağlıq ərazidə yerləşən Qalacıq kəndində icra nümayəndəliyinin binasında keçirilib. Qəbula ətrafda yerləşən İstisu, Sumağallı, Çayqovuşan kəndlərindən və İsmayıllı şəhərindən də sakinlər gəliblər. Sakinlər deputatdan müxtəlif mövzularda, əsasən yeni elektrik transformatorunun quraşdırılmasına və kəndə gedən yolun bir hissəsinin asfaltlanmasına köməklik göstərilməsini xahiş ediblər. Şəxsi məsələlərlə də bağlı deputata müraciətlər edilib. Millət vəkili bu məsələlər barədə müvafiq qurumlara müraciət edəcəyini bildirib. Bir neçə məsələnin həlli ilə bağlı yerli nümayəndəliyə tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR