Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçıları Koreyada işgüzar səfərdə olublar - FOTOSESSİYA

Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçıları Koreyada işgüzar səfərdə olublar - <span style="color: red;">FOTOSESSİYA
# 22 oktyabr 2014 11:48 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti oktyabrın 11-21-də Koreya Respublikasında işgüzar səfərdə olublar.

Səfərdə məqsəd Cənubi Koreyanın yerli idarəetmə sistemi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirmək olub.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən APA-ya verilən məlumata görə, Şirvan şəhəri, Beyləqan, Salyan, Gədəbəy, Kəlbəcər, Şərur, Şahbuz, Şirvan, Cəlilabad, Qazax və Bakının Nizami rayonlarının icra başçılarından və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının regional idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədovdan ibarət nümayəndə heyəti səfər çərçivəsində Koreyanın paytaxtı Seul şəhərinin meri Park Von Sun, Busan şəhərinin meri Suh Byon Su, Qyonqcu şəhərinin meri Çey Yanq Suk və Dequ şəhərinin meri Kvon Yonq Cin tərəfindən qəbul edilib, həmçinin şəhər rəhbərliyinin mərkəzi binaları, şəhər idarəetmə sistemləri və şəhərsalma planları ilə tanış olublar.

Şəhər rəhbərlikləri ilə keçirilmiş görüşlərdə həmçinin ölkələr arasında əlaqələrin inkişafında regionlar arası əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Seul, Busan, Qyoncu və Dequ şəhərlərinin tarixi abidələri, muzeyləri, sosial infrastrukturları, sənaye kompleksləri və şəhərlərdə aparılan abadlaşdırma işləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR