Polşa XİN başçısı: “Ukrayna-Rusiya danışıqlarının yeni mərhələsində Polşanın iştirakı vacibdir”

Polşa XİN başçısı: “Ukrayna-Rusiya danışıqlarının yeni mərhələsində Polşanın iştirakı vacibdir”
# 08 oktyabr 2014 11:26 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Ukrayna-Rusiya danışıqlarının növbəti mərhələsində Polşanın iştirakı vacibdir.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu Polşa xarici işlər naziri Qjeqoj Sxetina yerli mətbuata müsahibəsində deyib.

“Ukrayna ilə Rusiya arasında danışıqlar başa çatıb. İndi danışıqların yeni mərhələsinə ehtiyac var. Düşünürəm ki, bu mərhələdə Polşanın iştirakı vacibdir. Bu, danışıqların “Normandiya formatında” da nəzərdə tutulub”, - deyə Sxetina bildirib.

Çexiya, Slovakiya və Macarıstanın Rusiyaya qarşı yeni sanksiyalardan narahatlığına gəldikdə isə Polşa xarici siyasət idarəsinin rəhbəri bu ölkələri öz mövqelərini dəyişməməyə və Rusiyaya qarşı loyal münasibət sərgiləməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR