Həsən Ruhani: “Neftin ucuzlaşması siyasi sövdələşmədir”

Həsən Ruhani: “Neftin ucuzlaşması siyasi sövdələşmədir”
# 10 dekabr 2014 13:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İran prezidenti Həsən Ruhani neftin qiymətinin kəskin ucuzlaşmasını siyasi sövdələşmə adlandırıb.

APA-Economics”in BBC-yə istinadən verdiyi məlumata görə, İran prezidenti vurğulayıb ki, neft bazarında baş verənlər Yaxın Şərq və bütövlükdə bütün İslam dünyasının əleyhinə yönəlib.

Qeyd edək ki, İran iqtisadiyyatı neft ixracından asılıdır və son zamanlar neftin ucuzlaşmasından bu ölkənin iqtisadiyyatına da ciddi ziyan dəyib. Rəsmi Tehran yenidən neftin qiymətinin artımına nail olmaq üçün Neft İxrac edən Ölkələrin Təşkilatından (OPEC) “qara qızıl”ın hasilatının azaldılmasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR