DSMF sədri Ağsuda vətəndaşları qəbul edəcək

DSMF sədri Ağsuda vətəndaşları qəbul edəcək
# 13 avqust 2014 07:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Ağsuda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, E. Mehdiyev avqustun 20-də, saat 11:00-da qurumun Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında - (012) 4-34-12-34;

Ağsu rayon şöbəsində - (02022) 6-51-07;

Ağdaş rayon şöbəsində - (02023) 5-50-28;

Kürdəmir rayon şöbəsində - (02025) 5-02-07;

Şamaxı rayon şöbəsində - (02026) 5-14-15;

Qobustan rayon şöbəsində - (02024) 5-22-30.

Qəbulda iştirak edəcək vətəndaşların avqustun 20-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağsu rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR