Suriyada döyüşlərdə iştirak etmiş şəxsin həbs müddəti uzadılıb

Suriyada döyüşlərdə iştirak etmiş şəxsin həbs müddəti uzadılıb
# 14 oktyabr 2014 13:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Suriyada döyüşlərdə iştirak edən və Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılan Mehman Balakişyevin həbs müddəti uzadılıb.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Mehman Balakişyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.


Qeyd edək ki, bir müddət əvvəl MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutulub. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 Azərbaycan vətəndaşı - Balakişyev Mehman və digər 25 nəfər saxlanılıb.

Müəyyən edilib ki, həmin şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR