Azərbaycanın xarici işlər naziri Albaniyanın sabiq prezidentini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Albaniyanın sabiq prezidentini qəbul edib - <span style="color: red;">FOTO
# 29 oktyabr 2014 14:55 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Albaniyanın sabiq prezidenti Rexhep Meidanı qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Albaniya arasında ikitərəfli əlaqələrin inkişafına münasibətdə məmnunluq ifadə olunaraq, Trans-Adriatik boru xəttinin region ölkələri üçün əhəmiyyəti qeyd olunub.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR