Rusiya baş nazirinin müavini: "Bundan sonra xaricdən hərbi texnika almayacağıq"

Rusiya baş nazirinin müavini: "Bundan sonra xaricdən hərbi texnika almayacağıq"
# 04 dekabr 2014 16:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiya bundan sonra xaricdən hərbi texnika almayacaq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib.

O, Fransa ilə "Mistral" gəmisinin alınması ilə bağlı imzalanan müqaviləni səhv addım adlandırıb: "Silahlanma proqramının həyata keçirilməsi məsələsinin xaricdən, özü də NATO ölkələrindən asılı olması dəhşətli səhvdir. "Mistral"la bağlı məsələ xarici dövlətdən texnoloji asılılığı nümayiş etdirir. Biz ümid edirdik ki, Fransa müstəqil qərar qəbul edəcək, amma vəziyyət əksinə oldu. Mən hər zaman bu müqaviləyə qarşı olmuşam".

D. Roqozin Rusiyanın belə qərarlardan artıq imtina etdiyini qeyd edib: "Biz bir daha xaricdən hazır hərbi texnika almayacağıq. "Mistral" ilə bağlı hadisə bizim üçün yaxşı nümunədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR