Bakı-APA. Yaponiyada 5,0 bal gücündə zəlzələ olub.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Titidzima adasından 240 km şimal-şərqdə, ocağı 33,31 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.