Macarıstanda keçirilən Beynəlxalq Musiqi Festivalında Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər - FOTO

Macarıstanda keçirilən Beynəlxalq Musiqi Festivalında Azərbaycan təmsilçiləri uğurla çıxış ediblər - <span style="color: red;">FOTO
# 30 oktyabr 2014 12:27 (UTC +04:00)

Bakı – APA. Macarıstanın Balatonfüred şəhərində oktyabrın 27-dən başlayaraq 3 günlük “Qızıl Payız” Beynəlxalq Musiqi Festivalı keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə 10-dan artıq ölkənin - İsrail, Rusiya, Avstriya, Ukrayna, Macarıstan, Belarus və s. nümayəndələri iştirak edib.

Ümumilikdə 80 nəfərdən çox musiqiçinin qatıldığı festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə keçirilib. Bəstəkarlar arasında keçirilən müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Azərbaycan Milli Konservatoriyasının əməkdaşı Tural Məmmədli festivalın “Qran-pri” mükafatına layiq görülüb. Mükafata layiq görülən “Tünd rənglərin parıltısı” əsərini fortepianoda T. Məmmədli, skripkada isə Məleykə Əhədzadə ifa edib. Azərbaycanın digər təmsilçisi, pianoçular müsabiqəsində iştirak etmiş Səbinə Mehdiyeva də fəxri kürsünün yüksək pilləsinə qalxıb və birinci yerə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR