Obama Rusiyanı sülh və diplomatiya yoluna çağırıb

Obama Rusiyanı sülh və diplomatiya yoluna çağırıb
# 24 sentyabr 2014 19:19 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ lideri Qərbi Afrikada tüğyan edən Ebola virusunu, Suriya və İraqda terrorçuların qəddarlıqlarını və Rusiyanın təcavüzkar siyasətini qlobal təhlükəsizliyi sarsıdan faktor adlandırıb.

Obama qeyd edib ki, ABŞ Rusiyanın Ukraynaya qarşı siyasətinin dəyişdirilməsi müqabilində rəsmi Moskva ilə əməkdaşlığı bərpa etməyə hazırdır. “Bu halda biz sanksiyaları ləğv edərək Rusiyanın qlobal məsələlərin həllində rolunu dəstəkləyəcəyik”, deyə Obama bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR