Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Norveçə səfər edəcək - VİDEO

Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Norveçə səfər edəcək - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2014 09:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti parlament sədrlərinin Avropa Konfransında iştirak etmək üçün sentyabrın 10-13-də Norveçin paytaxı Oslo şəhərində səfərdə olacaq. MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında bildirib ki, nümayəndə heyətinin tərkibinə deputatlar Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Konfransda “Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi”, “Avropada demokratiya, suverenlik və təhlükəsizlik”, “Çoxluq və müxalifət - tarazlığın əldə olunması” mövzularında müzakirələr keçiriləcək. Nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Səfər çərçivəsində O. Əsədovun konfransda iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə ayrı-ayrılıqda bir sıra görüşləri də nəzərdə tutulub. Azərbaycan nümayəndə heyətinin üzvləri Norveç Konstitusiyasının 200 illiyinə həsr olunan tədbirə də qatılacaqlar.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə konfransda MDB Parlament Assambleyasının xətti ilə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR