Həştərxanda Xəzəryanı ölkələrin biznes forumu keçiriləcək

Həştərxanda Xəzəryanı ölkələrin biznes forumu keçiriləcək
# 05 sentyabr 2014 13:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rusiyada Rusiya-Azərbaycan-İran-Qazaxıstan-Türkmənistan beş tərəfli biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forum Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində sentyabrın 29-da Həştərxan şəhərində baş tutacaq.

Biznes forum Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azpromo-nun təşkilatçılığı ilə keçiriləcək.

Xəzəryanı ölkələri təmsil edən şirkətlərin iştirakı ilə keçiriləcək tədbir çərçivəsində Azərbaycan sahibkarları işgüzar əlaqələr qurmaq və özlərinə tərəfdaş tapmaq imkanı əldə edəcəklər.

Azərbaycan nümayəndə heyətinin tərkibində səfərdə iştirak etməyə marağı olan sahibkarlar və iş adamları Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR