I Avropa Oyunlarının optik kabel infrastrukturu yaradılır

I Avropa Oyunlarının optik kabel infrastrukturu yaradılır
# 22 avqust 2014 08:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar optik kabel infrastrukturunun yaradılmasına başlayıb.

BTRİB-dən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 190 kilometr olan böyük tutumlu yeni optik kabelin çəkilməsi yarışlarla bağlı məkanlar arasında məlumatı 10 giqabit/saniyə sürətlə ötürməyə imkan verəcək.

Məlumata görə, işlərin 70%-i artıq görülüb. Bundan əlavə, mis telekommunikasiya infrastrukturunun yaradılması da planlaşdırılır. Ümumilikdə optik xətlərin uzunluğu 230 kilometr, mis kabel xətlərinin uzunluğu isə təqribən 70 kilometr təşkil edəcək.

Tədbirlər çərçivəsində ISDN (inteqral rəqəmli şəbəkə) xidmətləri tətbiq ediləcək, internetə giriş imkanları genişləndiriləcək, park, stadion, ticarət-əyləncə mərkəzləri və digər ictimai yerlərdə ödənişsiz Wi-Fi şəbəkəsi fəaliyyət göstərəcək. HD formatında keyfiyyətli və davamlı yayımı təmin etmək məqsədlə “Azerspace-1” telekommunikasiya peykinin resurslarından istifadə olunacaq, habelə birbaşa beynəlxalq rabitə kanalı və ayrıca optik-lif şəbəkə işə salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR