Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Avqust - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Avqust - <span style="color: red;">VİDEO
# 01 avqust 2014 17:07 (UTC +04:00)

Bakı-APA. Anadolu türklərində belə bir məsəl var - bizim də əlimiz armud toplamır. Mənası odur ki, yəni narahat olmayın, biz də dinc duran bala deyilik. İndi informasiya əsridir, rəsmi xəbər yayıldı, yayılmadı, hər kəs olanlardan hansısa yolla xəbər tutur. Azərbaycan gözümüzdə böyük olsa da, əslində ərazi baxımından kiçik ölkədir, bu başı ilə o biri başı bir qarışdır, burada asqıranda ölkənin o başında eşidilir. O səbəbdən sizi əmin edirəm, bizimkilərin də barmağı dinc durmur, şəhid olan hərbçilərimizin qanını bəlkə də on qat alıblar. Fikrimi subyektiv sayanlar yəqin ki olacaq, “əgər belədirsə, niyə media qurumları, rəsmi dairələr məlumat yaymır” deyə sual verənlər də olacaq. Sizləri əmin edirəm ki, bəzən bir xəbərin verilməməsinin xeyri verilməsindən daha çox olur. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və xalqımıza səbir diləyirəm. Və son dərəcə gərgin keçən günün sonunda məni rahatladan tək odur ki, bizim hərbçilərin də əli armud toplamır. İnşallah, həsrətlə gözlədiyiniz o xəbərləri tezliklə eşidəcəksiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR