Türkiyənin XİN başçısı: “İŞİD-i bir il əvvəl terror təşkilatları siyahısına daxil etmişik”

Türkiyənin XİN başçısı: “İŞİD-i bir il əvvəl terror təşkilatları siyahısına daxil etmişik”
# 25 sentyabr 2014 19:39 (UTC +04:00)

Bakı-APA. “İŞİD-i bir il əvvəl terror təşkilatları siyahısına daxil etmişik”.

APA-nın TRT-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu bildirib ki, hələ İŞİD-in adını çoxları eşitməyəndə Türkiyə bir il əvvəldən onu terror təşkilatları kimi tanıdığı qrupların siyahısına daxil edib.

Türkiyə XİN başçısı deyib ki, ölkəsinin terrora və terror təşkilatlarına qarşı mövqeyi həmişə birmənalı olub: "ABŞ və bəzi qərbli dostlarımız indi Türkiyənin keçmişdəki proqnozlarının nə qədər doğru olduğunu söyləməyə başladılar. İndi özlərinə təhdid olanda hərəkətə gələn bəzi ölkələr daha öncə fərqli mövqe nümayiş etdirirdilər”.

M. Çavuşoğlu deyib ki, Türkiyənin terrorla mücadilədəki mövqeyi dəyişməyib: “Mənim terrorçum yaxşı, səninki pis deyib ayrı-seçkilik eləmək doğru deyil. Bu gün bəzi terror təşkilatları İŞİD-lə vuruşur deyə onları qanuniləşdirmək doğru deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR