Bakıda ilk dəfə Beynəlxalq Şən və Hazırcavablar Klubunun yay festivalı keçiriləcək

Bakıda ilk dəfə Beynəlxalq Şən və Hazırcavablar Klubunun yay festivalı keçiriləcək
# 27 avqust 2014 11:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Bakıda ilk dəfə Azərbaycan, Rusiya, Gürcüstan, Tatarıstan və s. ölkələrin komandalarının iştirakı ilə “Bakı tətilləri” adlı Beynəlxalq Şən və Hazırcavablar Klubunun (ŞHK) yay festivalı keçiriləcək.

Nizami Kino Mərkəzindən APA-ya verilən məlumata görə, festivalda Azərbaycanı “Sbornaya Baku” komandası təmsil edəcək.

Avqustun 29-da Festivalın rəsmi açılışı, sentyabrın 2-də isə qala-konsert və Azərbaycan regional ŞHK liqasının yarımfinalı baş tutacaq.

Yarımfinal çərçivəsində qala-konsertin aparıcısı Aleksandr Maslyakov olacaq.

Qeyd edək ki, Nizami Kino Mərkəzi festivala dəstək verən qurumlar sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR