Nazir: “Qurbanlıq heyvanların satış qiyməti endirilib” - FOTO

Nazir: “Qurbanlıq heyvanların satış qiyməti endirilib” - <span style="color: red;">FOTO
# 04 oktyabr 2014 08:46 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu bu gün Qurban bayramı ilə bağlı Bakıda keçirilən qurbanlıq heyvanların satışı yarmarkasında iştirak edən kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib: “Biz düşünürdük ki, bir baş qurbanlıq heyvanı 95 manata sataq. Ancaq əhalinin tələbatını nəzərə alaraq satışın 90 manatdan olmasına qərar verdik. Biz istehlakçılarla bərabər, istehsalçıların da marağını gözləyirik. Burada elə bir optimal nöqtə yaratmalıyıq ki, bu, məhsullar bazarında optimal nöqtədən artıq təsir göstərməsin, insanların zəhməti ilə yetişdirdiyi heyvanlarının dəyərindən çox ucuzlaşmasına gətirib çıxarmasın. Buna görə də biz yoxlama apardıq və qərara gəldik ki, bazara 12-15 min arasında iri və xırda buynuzlu mal-qara buraxaq ki, qiymətdə disparitet yaratmayaq. Bir az da camaat rahat alsın. Bizim də vəzifəmiz bundan ibarətdir”.

H. Əsədov əlavə edib ki, satış məntəqələrində kəsim pulsuzdur: “Kəsim məntəqələrində Bakı şəhərinin Baytarlıq İdarəsinin nümayəndələri də var. Səyyar laboratoriyamız bütün yerləri gəzir, qurbanlıq heyvanlar bir-bir yoxlanılır. Heyvanlar yoxlanıldıqdan sonra karantində olub. Yəni burada xəstəlik törədicisi gözləməyin. Biz bu heyvanlara zəmanət veririk. Bir neçə gündür bu yöndə iş aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR