® Həkimlərin və müştərilərin arzusu – Kepro Estetik Klinika açılıb - FOTOSESSİYA

<font color=red>® </font>Həkimlərin və müştərilərin arzusu – Kepro Estetik Klinika açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 18 noyabr 2014 13:12 (UTC +04:00)

Arzuların gerçəkləşdiyi məkan “Kepro-Center” adlanır

Bakı – APA. Həkimlərin və müştərilərin arzusu – Kepro Estetik Klinika bu aydan fəaliyyətə başlayıb. Arzuların gerçəkləşdiyi məkan “Kepro-Center” adlanır. Ərazisi 2,4 min kv.m olan kompleksə - Kepro Fitnes, Kepro SPA&Beaty Salon və Kerposhop daxildir. Kepro Fitnes, Kepro SPA&Beaty Salon haqda sizə bü günlərdə məlumat verəcəyik.

Qafqaz regionunda ən böyük və müasir salon məhsullarının şou-rumu olan “Kepro Center”də salon üçün nəzərdə tutulan məhsullardan başqa müştərilərə evdə istifadə etmək üçün peşəkar səviyyədə kosmetika, maraqlı aksessuarlar da təqdim olunur. Bütün bu məhsullar İtaliya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiyanın yüksək keyfiyyətli məhsullarıdır.

Kepro Estetik Klinika həkimlərin və müştərilərin arzusudur. Onların arzularında yaşatdıqları hər şey bu ünvanda var. Əgər belə olmasaydı dünyanın məşhur kosmetoloq ekspertləri Marina Landau, Bernar Moll, Yelena Karpova, Marina Soyxer, Presian Paraskevov və başqaları öz qızıl vaxtlarını bu klinikaya həsr etməzdilər.

Klinikanın yaradıcıları üçün bu məsələdə heç bir maneə və sərhədlər olmayıb. Bu məsələdə baş məsləhətçilər klinikanın həkim heyəti və xarici ekspertlər olublar.

Klinika müasir kosmetologiyanın nəyə qadir olduğunu göstərmək üçün yaradılıb.

Sizin xidmətinizə təqdim olunan 600-dən çox müalicəvi, sağlamlıq və estetik proseduranı başqa heç bir mərkəzdə görmək mümkün deyil. Bütün bunlar haqqında klinikanın həkimləri sizlərə deyəcəklər.

Bu, unikal və indiyədək görülməmiş One Gene (uan jen) layihəsidir. Onu Gene – turistin kosmosa uçması kimidir, çox bahalı olsa da artıq mümkündür. Gələcəyin texnologiyasını təsəvvür edin – tüpürcəyinizin üzərində orqanizmin dəriylə bağlı problemlərini göstərən DNT analizi keçirilir, gələcək problemlərin praqnozlarına baxılır və sizin üçün 100% faydalı olacaq bir krem hazırlanır. 100 faiz faydalılığa niyə qarantiya veririk? Çünki, bu krem sizə özəldir, onun təkrarı yoxdur və yalnız sizin dərinizə uyğun gələcək! Belə ki, bu layihə Bakıda eksklüziv olaraq təkcə Kepro Estetik klinikasında təqdim edilir və bununla da biz özümüzə xas xüsusi kosmetikadan istifadə etmək imkanı qazanırıq. Klinikanın vizit kartı ekspert səviyyəli həkimlər və ən yeni texnologiyalardır.

Müasir avadanlıqlarla yanaşı (klinika üzrə ekskursiyada biz bütün xidmət və aparatları diqqətlə nəzərdən keçirəcəyik), Klinikanın əsas xüsusiyyəti onun personalıdır. Onlar tibbin kosmetologiya sahəsinin liderləridir, biliyə qarşı həvəsləri ilə fərqlənir, zamanla ayaqlaşır və gözəllik sahəsində bütün nüfuzlu konfrans, sərgi və ya seminarda iştirak edirlər. Klinikanın həkimləri beynəlxalq konqreslərdə məruzələr ilə çıxış edir, dissertasiyalar yazır, məqalə və tədqiqatlarını professional jurnallarda çap edirlər. Öyrənmək, təcrübə mübadiləsi və bu sahədə öndə olan mütəxəssislərin bildiklərini öyrənmək istəyi ilə yanaşı, personalın ən əsas xüsusiyyəti qızıl ürək və yüksək insanlıq hissidir.

Hazırda bu klinika Azərbaycanın kosmetologiya sahəsində fəaliyyət göstərən texnoloji cəhətdən ən mükəmməl tibbi strukturudur. Özü də kosmetologiyanın müxtəlif, hətta ən eksklüziv istiqamətləri üzrə : klinikanın tərkibində hələ ki, ölkədə yeganə olan bölmələr mövcuddur, məsələn intim kosmetologiya kabinetində yüksək səviyyəli həkim Afaq Kərimova tərəfindən Azərbaycanda tək olan unikal lazer və xüsusi inyeksiya doldurucu sistemlərin köməkliyi ilə öskürmə və asqırma zamanı sidik qaçırma, intim əlaqədə həssaslığın azalmasına səbəb olan və şəxsi həyatdan tam zövq almağa mane olan doğuş sonrası dəyişikliklərin aradan qaldırılması kimi bir çox problemlərin korreksiyası və müalicəsi həyata keçirilir.

Və ya unikal, Azərbaycanda analoqu olmayan digər bir nümunə kimi ultra müasir iki klinikanın – Kepro Estetik və Azdent Clinic stomatoloji mərkəzinin müştərək layihəsini göstərmək olar. “İdeal gülüşün formulası” adlanan bu layihə üzün maksimal şəkildə gəncləşdirilməsi problemi üzərində stomatoloq və kosmetoloqların birgə işindən ibarətdir. Bu cür kompleks yanaşmanın nəticələri təkcə müştəriləri deyil, həm də həkimləri heyrətləndirir.

Klinikanın direktoru və Konqresin təşkilatçısından öyrəndiyimiz demək olar ki, bu günə kimi sirr olan bir informasiyanı da nəzərinizə çatdırmaq istərdik: noyabrın 27-dən başlayaraq dekabrın 1-nə qədər klinikada… Yox, yaxşısı budur gedib özünüz öyrənəsiniz.

“Kepro Center”in ünvanı: Nərimanov rayonu, İ.Həsənoğlu 13 küçəsi. Telefon: (012) – 566-12-34.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR