Azərbaycan qızıl istehsalını 20% artırıb

Azərbaycan qızıl istehsalını 20% artırıb
# 15 sentyabr 2014 13:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 161,8 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 19,4% çoxdur. Nəticədə bu ilin sentyabrın 1-nə 37,3 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ölkədə 210,5 kq gümüş istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 45,5% azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 3,1 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR