Paytaxtın əsas küçə və prospektlərində tıxac yaranıb

Paytaxtın əsas küçə və prospektlərində tıxac yaranıb
# 03 noyabr 2014 07:43 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bu gün səhər saatlarında paytaxtın əsas küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının APA-ya verdiyi məlumata görə, yağışlı hava ilə əlaqədar Bakı şəhərinin əksər küçə və prospektlərində tıxac müşahidə olunub.

Belə ki, Heydər Əliyev prospektindən şəhər istiqamətinə, Bakı-Sumqayıt şosesindən şəhər istiqamətinə, Yusif Səfərov küçəsi ilə hər iki istiqamətdə, Həsənoğlu küçəsindən şəhər istiqamətində, Atatürk prospektindən Ziya Bünyadov prospekti istiqamətinə, Binəqədi şosesindən şəhər istiqamətinə, Əlyar Əliyev küçəsindən Nərimanov küçəsi və Ziya Bünyadov prospekti istiqamətində tıxac yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR