Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı 150 min qeydiyyatdan çıxma vəsiqəsi hazırlanacaq

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı 150 min qeydiyyatdan çıxma vəsiqəsi hazırlanacaq
# 05 noyabr 2014 13:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı 150 min qeydiyyatdan çıxma vəsiqəsi hazırlanacaq.


APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

M. Pənahov deyib ki, səsvermə günü qeydiyyatda olduğu seçki məntəqəsində səsvermə imkanı olmayan seçicilərə digər məntəqələrdə şərait yaradılmalıdır. Onun sözlərinə görə, prezident seçkilərində vətəndaş ölkədə istənilən məntəqədə səs vermək hüququna malikdir. Parlament seçkilərində isə vətəndaşın müvafiq seçki dairəsinin istənilən məntəqəsində qeydiyyatdan çıxma vəsiqəsi götürməklə səs vermək hüququ var. MSK sədri bildirib ki, bələdiyyə seçkilərində də vətəndaş yaşadığı bələdiyyənin ərazisində istənilən məntəqədə səs verə bilər: “Bir bələdiyyə daxilində bir bələdiyyə varsa, seçiciyə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi mümkün deyil. Ancaq həmin bələdiyyə ərazisində iki məntəqə varsa, belə seçicilərin qeydiyyatdan çıxmaq vəsiqəsi götürməklə səs verməsinə şərait yaradılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR