“Azərbaycan Dəmir Yolları” Keşlədə qatarın vaqonlarının relsdən çıxması barədə yayılan xəbərlərə münasibət bildirib - FOTOSESSİYA - VİDEO - YENİLƏNİB

“Azərbaycan Dəmir Yolları” Keşlədə qatarın vaqonlarının relsdən çıxması barədə yayılan xəbərlərə münasibət bildirib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 21 oktyabr 2014 08:43 (UTC +04:00)

Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov “APA-Economics”ə bildirib ki, hadisə zamanı 15 deyil, cəmi 3 vaqon relsdən çıxıb: “Hadisə ötən gecə baş verib. Hadisə zamanı heç bir xəsarət alan olmayıb, ziyan qeydə alınmayıb. Qəzanın nəticələri dərhal aradan qaldırılıb və qatar artıq Gürcüstana çatıb”.

***

Saat 10:42

Bakı-APA. Bakının Nizami rayonunda qatar qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Nizami rayonunun Keşlə qəsəbəsində qeydə alınıb. Yanacaq məhsulları ilə dolu olan təxminən 15 vaqon relsdən çıxıb və vaqonların aşma təhlükəsi yaranıb. Vaqonların relsdən çıxdığı ərazi Keşlə qəsəbəsində yaşayış evlərinin yaxınlığında yerləşir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qəzanın nəticələri aradan qaldırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR