Andorrada keçirilən beynəlxalq konfransda Dağlıq Qarabag münaqişəsi müzakirə olunub - FOTO

Andorrada keçirilən beynəlxalq konfransda Dağlıq Qarabag münaqişəsi müzakirə olunub - <span style="color: red;">FOTO
# 05 sentyabr 2014 14:58 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, konfrans Diasporla İş üzrə Dövlət Komitəsi və Andorra hökumətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubu tərəfindən təşkil olunub.

İkigünlük beynəlxalq toplantının əsas məqsədi 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məsələlərini müzakirə etməkdir.

Konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkləzinin həmsədrləri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, eləcə də sabiq prezidentlər Viktor Yuşşenko (Ukrayna), Recep Meydani (Albaniya), Stefan Mesiç (Xorvatiya), Emil Konstantinesku (Rumıniya), Boris Tadiç (Serbiya), Petar Stoyanov (Bolqarıstan) iştirak edirlər. Bundan başqa, toplantıya Andorranın sabiq baş naziri Oskar Ribas, İsveç Konfederasiyasının müşaviri Valter Fyust, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev və digəriləri qatılıb.

Konfransda çıxış edən V.Vike-Frayberqa, İ.Serageldin, N.İbrahimov, O.Ribas dünyada cərəyan edən proseslərə toxunaraq, mövcud qlobal və regional problemlərin həllində birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu gün dünyada baş verənlər BMT-yə üzv ölkələrin ümidlərini doğrultmur və dünya xalqları çətin vəziyyətdə yaşayır.

Konfransda regional təhlükəsizlik məsələlərinə və dondurulmuş münaqişələrə toxunulub, Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhrana xüsusi diqqət ayrılıb. Çıxış edənlər bildiriblər ki, dünya böhran içindədir və bu gün Avropada müharibə təhlükəsi baş qaldırıb. Qeyd olunub ki, yaranmış mürəkkəb situasiyadan çıxış yolları tapmaq üçün yeni ideyalar və birgə səylər tələb olunur. Konfrans iştirakçıları qlobal problemlər haqqında geniş fikir mübadiləsinin aparıldığı toplantının bu istiqamətdə dərin və əhatəli addımların atılmasına öz töhfəsini verəcəyinə ümid etdiklərini deyiblər.

Toplantıda 2015-ci ildə Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məsələlərinin müzakirəsinə də geniş yer ayrılıb. İştirakçıar Forumun əhəmiyyətini xüsusi vurğulayaraq, tədbirin dünyada sülhün və təhlükəsizliyin bərqərar olunmasına, mədəniyyətlərarası dialoq, dözümlülük, tolerantlıq və beynəlxalq aləmi narahat edən bir çox məsələlərin həllində uğur əldə edilməsinə böyük töhfələr verə biləciyini qeyd ediblər.

Konfransın davam edəcəyi iki gün ərzində III Qlobal Müştərək Cəmiyyətlər Forumunun gündəliyinin, müzakirə olunacaq məsələlərin və iştirakçıların müəyyənləşdirilməsi nəzərdə tutulub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR