“Standard&Poor`s” “AGBank”ın kredit reytinqini aşağı salıb

“Standard&Poor`s” “AGBank”ın kredit reytinqini aşağı salıb
# 06 avqust 2014 10:48 (UTC +04:00)

Bakı - APA-Economics. “Standard&Poor`s” beynəlxalq reytinq agentliyi “AGBank” ASC-nin uzunmüddətli kredit reytinqini aşağı salıb.

APA-Economics”in məlumatına görə, bu barədə agentliyin yaydığı məlumatda qeyd olunur.

Məlumata əsasən, bankın uzunmüddətli kredit reytinqi “B”-dən “B-”-ə qədər endirilib.

Bununla yanaşı, bankın qısamüddətli kredit reytinqi “C” həddinə qədər azaldılıb.

Agentlik mütəxəssislərinin fikrincə, reytinqi aşağı salınmasına əsas səbəb aktivlərin sürətli artımı fonunda kapitallaşma və gəlirlilik səviyyəsinin kəskin azalmasıdır.

Bundan əlavə, “Standard&Poor`s” ekspertləri hesab edir ki, bankda müşahidə olunan vəziyyət 2014-2015-ci illərdə dəyişməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR