Sabahdan etibarən MSK DİN-lə birgə seminar-müşavirələrə başlayır

Sabahdan etibarən MSK DİN-lə birgə seminar-müşavirələrə başlayır
# 12 dekabr 2014 16:48 (UTC +04:00)

Bakı – APA. Sabahdan etibarən Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi ilə birgə seminar-müşavirələrə başlayır.

MSK-nın Katibliyinin media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bələdiyyə seçkiləri prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələri iştirak edəcək.

Seminar-müşavirələrdə MSK üzvləri, MSK Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələrinin bələdiyyə seçkilərinin keçirilməsi, bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Seminar-müşavirələr dekabrın 13-də Gəncədə, dekabrın 15-də Şirvanda, dekabrın 16-da isə Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR