Bu ilin 6 ayında “PAŞA Həyat Sığorta”nın sığorta yığımları 35,5% artıb

Bu ilin 6 ayında “PAŞA Həyat Sığorta”nın sığorta yığımları 35,5% artıb
# 18 iyul 2014 09:27 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin 6 ayında “PAŞA Həyat Sığorta” ASC-nin sığorta yığımları 35,5% artaraq 19,907 mln. manata çatıb. “PAŞA Həyat Sığorta”dan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə həyatın ölüm halından sığortası növü üzrə sığorta haqları 6,122 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.

Hesabat dövründə həyatın yaşam (yığım) sığortası növü üzrə sığorta haqları 7,228 mln. manat olub. Bu isə 2013-cü ilin iyul ayının 1-nə olan göstəricidən 0,9% çoxdur. Bundan başqa, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin müvafiq dövründə sağalmaz xəstəliklərdən sığorta növü üzrə sığorta haqları 30,3% artaraq 0,085 mln. manat, istehsalatda icbari sığorta növü üzrə isə 9,7% artaraq 8,472 mln. manat təşkil edib.

Baş vermiş sığorta hadisələri üzrə bu ilin yanvar-iyun dövrü üzrə verilən sığorta ödənişləri əvvəlki dövrlə müqayisədə 2,7 dəfə artaraq 1,189 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR