Azərbaycan taekvondoçuları G1 dərəcəli 4-cü beynəlxalq reytinq yarışına yollanıblar

Azərbaycan taekvondoçuları G1 dərəcəli 4-cü beynəlxalq reytinq yarışına yollanıblar
# 11 sentyabr 2014 13:28 (UTC +04:00)

Bakı – APA. Taekvondo üzrə Azərbaycan millisi Moskvaya yollanıb. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd Rusiya paytaxtında təşkil ediləcək “Russian Open”də iştirakdır.

Belə ki, komandamız turnirində 7 idmançı ilə təmsil olunacaq. Sentyabrın 12-13-də “Dinamo” İdman Sarayında keçiriləcək yarışda ölkəmizin idman şərəfini Mikayıl Əliyev (54 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), İlkin Şahbazov (80 kq), Ramin Əzizov (80 kq), Radik İsayev (+87 kq) və Fəridə Əzizova (67 kq) qoruyacaqlar.

Qeyd edək ki, G1 dərəcəli 4-cü beynəlxalq reytinq yarışının qalibləri aktivinə 10 xal əlavə edəcəklər. Millimiz vətənə sentyabrın 14-də qayıdacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR