Kanada “İŞİD”-lə mübarizə üçün altı “F-18” qırıcı təyyarəsi göndərir

Kanada “İŞİD”-lə mübarizə üçün altı “F-18” qırıcı təyyarəsi göndərir
# 21 oktyabr 2014 01:45 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 21-də Kanadanın altı “F-18” qırıcı təyyarəsi “İŞİD”-ə qarşı beynəlxalq əməliyyatda iştirak etmək üçün Yaxın Şərqə yola düşəcək. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın Müdafiə Nazirliyinin məlumatında deyilir.

““F-18” qırıcı təyyarələri oktyabrın 21-də səhər saatlarında Albert əyalətindəki Kold-Leyk aviabazasından yola düşəcəklər”, deyə məlumatda qeyd olunub.

Bundan başqa, Kanada iki ədəd CP-140 Aurora kəşfiyyat təyyarəsi və bir Airbus СС-150 Polaris yanacaq dolduran təyyarə və 600 hərbçi göndərir. Kanadanın hərbi kontingenti Küveytdə yerləşəcək.

Kanada aviasiyası “İŞİD”in yalnız İraqdakı mövqelərini atəşə tutacaq. Kanada hərbçiləri quru əməliyyatlarda iştirak etməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR