Azərbaycan prezidenti Niderlandın baş nazirinə başsağlığı verib

Azərbaycan prezidenti Niderlandın baş nazirinə başsağlığı verib
# 18 iyul 2014 14:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab baş nazir. “Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda həmvətəninizin həlak olması xəbəri məni sarsıtdı. Baş vermiş bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR