“Bank VTB (Azərbaycan)”ın rublla verdiyi kreditlər 1 mlrd. rublu ötüb

“Bank VTB (Azərbaycan)”ın rublla verdiyi kreditlər 1 mlrd. rublu ötüb
# 05 dekabr 2014 13:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)” tərəfindən Rusiya rublunda verilən kreditlərin ümumi həcmi 2014-cü il dekabrın 1-i vəziyyətinə 1 mlrd. rubl həddini ötüb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, rubl kreditlərinin böyük hissəsi (78%) istehlak kreditlərinin payına düşüb və 795 mln. rubl təşkil edib. İstehlak kreditlərinin strukturunda təqribən 10% və ya 78 mln. rubl avtokreditlərin payına düşür. Həmçinin korporativ müştərilərə 166,5 mln. rubl həcmində kredit verilib, kiçik və orta sahibkarlığın maliyyələşməsinə isə 50 mln. rubl ayrılıb.

Rusiya valyutasından kreditləşmə üçün istifadə edilməsi “Bank VTB (Azərbaycan)”ın fəaliyyətində yeni istiqamətdir və 2014-cü ilin avqust ayından tətbiq olunur.

"Bu, korporativ və pərakəndə biznes üçün kifayət qədər maraqlı və sərfəli istiqamətdir. Rusiyadakı tərəfdaşları ilə ticarət əlaqələri quran bir çox şirkətlər gəliri rublla əldə edirlər. Bu şirkətlər konvertasiya ilə bağlı bir çox risklərin və sazişlər imzalanarkən ortaya çıxan çətinliklərin qarşısını almaq üçün müqavilələri rubl əsasında bağlamağa hazırdırlar. Rusiya tərəfinə gəldikdə isə, xarici ticarətdə ödənişlərin rublla aparılması zamanı valyuta nəzarəti proseduru asanlaşır, ödənişlər sürətlə həyata keçirilir”, - deyə “Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR