Asiya İnkişaf Bankı 2018-ci ilə qədər Azərbaycana 750 mln. dollar ayıracaq

Asiya İnkişaf Bankı 2018-ci ilə qədər Azərbaycana 750 mln. dollar ayıracaq
# 04 noyabr 2014 14:08 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) 2014-2018-ci illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində Azərbaycana 750 mln. ABŞ dolları ayırmağı nəzərdə tutub.

APA-Economics” xəbər verir ki, bunu AİB-in prezidenti Takehiko Nakao Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu strategiya ölkə iqtisadiyyatının şaxələnməsinə və özəl sektorun inkişaf etməsinə yardın edəcək.

“Bu strategiya yol infrastrukturu, su təsərrüfatı və kanalizasiya, enerji layihələri, habelə təhsil, özəl sektorun inkişafı sahələrini əhatə edir. Biz həmçinin kiçik və orta biznes, dövlət və özəl sektor arasında tərəfdaşlığa təkan verməyə çalışırıq”, - deyə T. Nakao qeyd edib.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 15 il müddətində bank Azərbaycan hökumətinə 1,8 mlrd. dollar, özəl sektora isə 150 mln. dollar kredit və qrant təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR