DİN Tofiq Bəhramov adına stadionda baş verən bədbəxt hadisə barədə məlumat yayıb

DİN Tofiq Bəhramov adına stadionda baş verən bədbəxt hadisə barədə məlumat yayıb
# 07 noyabr 2014 10:34 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN) noyabrın 6-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş verən bədbəxt hadisə barədə məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, stadionun 11 saylı sektorunun giriş darvazası çərçivədən çıxaraq Sumqayıt şəhər sakini Samir Mirzəyevin üzərinə aşıb və o, xəstəxanaya yerləşdirilib.

Qeyd edək kİ, hadisə dünən Ağdamın "Qarabağ" və Ukraynanın "Dnipro" komandalarının qarşılaşması zamanı baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR