Azərbaycan prezidenti Gəncədəki “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün 5 milyon manat ayırıb

Azərbaycan prezidenti Gəncədəki “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün 5 milyon manat ayırıb
# 05 noyabr 2014 16:13 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması ilə bağlı sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin başa çatdırılması üçün Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR