Norveç Rusiyaya qarşı sanksiyaların tətbiqində tərəddüd edir

 Norveç Rusiyaya qarşı sanksiyaların tətbiqində tərəddüd edir
# 11 avqust 2014 12:31 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Norveç hökuməti və parlamenti arasında bu gün aparılacaq məsləhətləşmələrdən sonra bu ölkənin də Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulması gözlənilir.

APA-nın “Exo Moskva”ya istinadən verdiyi məlumata görə, Norveç hökuməti Avropa Birliyi və ABŞ-ın Ukrayna məsələsində Rusiyaya qarşı tutduğu mövqeyi dəstəkləyib, lakin sanksiyalar paketini tam dəstəkləmək məsələsi bugünkü iclasda müzakirə olunacaq.

Qeyd olunur ki, Norveç Krallığının sanksiyalara qoşulub-qoşulmamaqda tərəddüd etməsi Rusiyanın idxalata qoyduğu qadağa ilə bağlıdır.

Rusiyada balıq idxalına tətbiq olunan məhdudiyyətlər Norveçdə dəniz məhsulları istehsal edən şirkətlərin səhmlərinin kəskin şəkildə düşməsinə səbəb olub. Rusiya Federal Gömrük Xidmətindən bildirilib ki, Norveçdən bir il ərzində idxal edilmiş balıq məhsullarının ümumi qiyməti 1 milyard avro təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR