Gəncə sakini dəm qazından zəhərlənib

Gəncə sakini dəm qazından zəhərlənib
# 05 noyabr 2014 16:46 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Məhsəti qəsəbəsinin sakini, 25 yaşlı Sakit Həsənov dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Tibbi yardım göstərildikdən sonra S. Həsənovun vəziyyəti normallaşıb.

Araşdırma zamanı məlum olub ki, 25 yaşlı gənc yaşadığı evin hamam otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR