Donetskdə 100-dən məhbus ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçıb

Donetskdə 100-dən məhbus ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçıb
# 11 avqust 2014 11:38 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Ukraynanın Donetsk şəhərində ciddi rejimli cəzaçəkmə müəssisəsinin artilleriya atəşinə tutulmasından sonra 100-dən məhbus qaçıb.

APA-nın məlumatına görə, ötən gecə Donetskin Kirov rayonunda yerləşən cəzaçəkmə müəssisəsinə düşən mərmilər 1 məhbusun həyatına son qoyub, 18-i isə yaralayıb.

Bundan başqa, müəssisənin bir neçə binası, yarımstansiya və qərargah zərər görüb.

Yaranmış qarışıqlıqdan sonra məhbuslar qiyam qaldırıb və 106 məhbus cəzaçəkmə müəssisəsini tərk edib.

Məlumatda o da qeyd olunub ki, ötən gecə Ukrayna Ordusunun şəhəri mərmi atəşinə tutması nəticəsində 150-dən çox yarımstansiya sıradan çıxıb, Donetskin böyük hissəsi işıqsız qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR